111) Dəri altı inyeksiya hansı bucaq altında aparılır?
A) 90
B) 60
C) 45
D) 70
E) 50
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984
112) Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?
A) Turnadan aşağı hissədə dərinin göyərməsi
B) Turna qoyulan nahiyədə qansızmaların olması
C) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması
D) Turnadan aşağı hissədə dərinin qızarması
E) Mil arteriyasında nəbzin olmaması
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86
113) Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?
A) 50
B) 2-4
C) 10-12
D) 20-30
E) 10-15
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 dərinlikdə düz bağırsağa yeridilir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114
Dostları ilə paylaş: |