Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Uşaqda qıcolma sindromu zamanı hansı preparat istifadə edilir?



Yüklə 261,37 Kb.
səhifə146/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   142   143   144   145   146   147   148   149   ...   248
Umumi test suallari

586) Uşaqda qıcolma sindromu zamanı hansı preparat istifadə edilir?.

A) Relanium ə/d, v/d


B) Fenorbarbital həb
C) Dimedrol ə/d
D) Elenium həb
E) Kalsium xlorid v/d
Uşaqda qıcolma sindromunu aradan qaldırmaq üçün relanium vurulur. Tez effekt vermək üçün onu vena daxilinə vurmaq lazımdır.

Ədəbiyyat: A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 38




587) Feldşer 12 yaşlı uşağı müayinəyə çağrılıb. Uşaq tez yorulma, iştahsızlıqdan şikayət edir. Dəri və selikli qişalar avazımış, çəki azalmış, boyun limfa vəziləri böyüyüb . Gecə tərləməsi olur. Təxmin edilən ilkin feldşer diaqnozu hansı ola bilər?

A) Qrip
B) Vərəm limfadeniti


C) Qızılca
D) Skarlatina
E) Difteriya
Yuxarıda göstərilən əlamətlər - gecə tərləməsi, limfa vəzilərinin böyüməsi , arıqlama və s. vərəmə məxsus əlamətlərdir.

Ədəbiyyat: Л.Исаева,Л.К.Баженова «Детские болезни» 1986 Москва стр 507




588) Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbır olaraq nə etməli?

A) Yuxarı tənəffüs yollarının sanasiyası


B) Ürəyin massajı
C) Oksigen verilməsi
D) Süni tənəffüssün verilməsi
E) Ağciyərin süni ventilyasiyası
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Onlardan biri odur ki,uşaq doğuş yollarından xaric olkarkən dölyanı mayeni udur.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası ( təmizlənməsi) aparılmalıdır.

Ədəbiyyat: N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145




BÖLMƏ 3. Cərrahiyyə


589) Əməliyyatdan sonra alətləri yuyucu məhlulda neçə dəqiqə saxlamaq lazımdır?

A) 60
B) 45


C) 15
D) 5
E) 30
Əməliyyatdan sonra bütün alətlər yuyucu məhlulda 15 dəq saxlanılır sonra mexaniki üsulla təmizlənərək sterilizasiyaya verilir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin