774) Immobilizasiya nədir?
A) Bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirmək
B) Zədələnmiş nahiyəyə dərman maddəsini yeritmək
C) Zədənənmiş nahiyədə sklet dartması həyata keçirmək
D) Zədənənmiş nahiyəyə buz qoymaq
E) Zədənənmiş nahiyədə əməliyyat aparmaq
İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların zədələnməsində, sinirlərin, damarların və yumşaq toxumaların geniş yaralanmalarında, ətraflarda gedən iltihabı prosseslərdə istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.179
775) Nəqliyyat immobolizasiyasında nədən istifadə olunmur?
A) Kramer şinası
B) Pnevmatik şina
C) Diterixs şinası
D) Beler şinası
E) Ləçəkvari sarğı
İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası xəstənin daşınması zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana müvəqqəti olaraq maksimum sakitlik vermək deməkdir.Nəqliyyat immobilizasiyası ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer şinası,Diterixs şinasının,bəzən isə əl altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə həyata keçirilir.Beler şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.174
776) Sorulmayan sintetik tikiş materialı hansıdır?
A) Poliqlekapron
B) Lavsan
C) Ketqut
D) Tantal
E) İpək
Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan tikiş materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 gün sonra sökülür.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Dostları ilə paylaş: |