Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?



Yüklə 261,37 Kb.
səhifə189/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   185   186   187   188   189   190   191   192   ...   248
Umumi test suallari

771) Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?

A) Yod
B) Vazelin yağı


C) Kamfora spirti
D) Brilliyant yaşılı
E) Lassar pastası
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403




772) Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb işçisi xəstəyə nəyi məsləhət görür?

A) Ədviyyatlı qidaların qəbulu


B) Aktivləşmiş kömürün qəbulu
C) Hisə verilmiş qidaların qəbulu
D) Süd məhsullarının qəbulu
E) Mineral suların qəbulu
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373




773) Əməliyyat sahəsi nə ilə işlənilir?

A) 96%-li spirt


B) 33%-li hidrogen peroksid
C) 5%-li kalium permanqanat
D) 1:5000 furasilin
E) 0.5%-li xlorheksidin biqlyukonat
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlyukonat,yodonat və yodopironla işlənilir.Xlorheksidin biqlyukonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu hazırlanır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.97





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin