128) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə bilməz?
A) Əzilmələr zamanı ilk 3 gündə
B) Böyrək sancılarında
C) Yüksək qızdırma olduqda
D) Daxili qanaxmalar olduqda
E) Kəskin appendisit zamanı
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır.
Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
129) Iri arteriyalarda nəbzin itməsi nə adlanır?
A) Apnoe
B) Aritmiya
C) Asistoliya
D) Koma
E) Atelektaz
Iri arteriyalarda nəbzin itməsi ürək əzələsinin yığılmasının, yəni sistolanın dayanması deməkdir. A-latınca inkar bildirən söz önlüyüdür. Asistoliya – sistolanın dayanması deməkdir (olmaması).
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
130) Klinik ölümə şübhə olduqda reanimasion tədbirlər nə zaman başlanmalıdır?
A) Dərhal, yerindən asılı olmayaraq
B) Yaxınlıqda yerləşən tibb müəssisəsində
C) Xəstəxananın qəbul şöbəsində
D) Təcili yardım maşınında
E) Reanimasiya şöbəsində
Klinik ölümün diaqnostikası məlum olduğu andan dərhal reanimasion tədbirlərə başlanılmalıdır. Bu, beynin hipoksiyasının və onun hüceyrələrinin məhvinin proqressivləşməsinə mane olur.
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
131) Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?
A) 20 vurğu artır
B) 10 vurğu artır
C) 10 vurğu azalır
D) 20 vurğu azalır
E) Dəyişmir
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |