143) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
A) Həb şəklində qəbul etmək
B) Dəriyə sürtmək
C) Vena daxili inyeksiya
D) Gözə damızdırmaq
E) Dəriiçi inyeksiya
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı 1998 .
144) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
A) Aşağı içəri
B) Aşağı xarici
C) Sağrının orta hissəsində
D) Yuxarı xarici
E) Yuxarı içəri
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.
145) Mədənin yuyulmasına əks- göstəriş hansıdır?
A) Qida borusundan olan qanaxmalar
B) Dərman zəhərlənmələri
C) Qida zəhərlənmələri
D) Alkoqolla zəhərlənmələr
E) Mədə turşuluğunun artması
Mədə diaqnostik və müalicəvi məqsədlə yuyulur. Qida borusundan qanaxma zamanı zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-göstəriş sayılır.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: |