176) Ocaqlı pnevmoniya zamanı hansı müayinələrin aparılması daha məqsədəuyğundur?
A) Qanın və sidiyin ümumi müayinəsi
B) Döş qəfəsinin R-qrafiyası, bəlğəmin müayinəsi, qanın ümumi müayinəsi
C) Bronxoskopiya
D) EKQ
E) Qanın ümumi və biokimyəvi müayinəsi
Ocaqlı pnevmoniya bilavasitə ağciyər toxumasının xəstəliyidir və bu zaman selikli-irinli və ya irinli bəlğəm ifrazı müşahidə edilir. Ağciyərlərin topoqrafik anatomiyasını nəzərə alaraq döş qəfəsinin R-qrafiyası, eyni zamanda bəlğəmin müayinəsi bu xəstəlik zamanı daha məqsədəuyğun sayılır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина»1983.Стр 221-223
177) Miokard infarktı olan xəstəyə tibb işçisi nəyi qadağan edə bilər?
A) Suda bişmiş əti
B) Buxarda bişmiş kotleti
C) Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.)
D) Meyvə şirələrini
E) Suda bişmiş balığı
Qaz əmələ gətirən yeməklər qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir.
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq ” 2008.
178) Ocaqlı pnevmoniya xəstəliyinin mümkün fəsadı hansıdır?
A) Eksudativ plevrit
B) Xroniki bronxit
C) Bronxial astma
D) Absesləşmə
E) Quru plevrit
Ocaqlı pnevmoniya zamanı vaxtında düzgün müalicə aparmadıqda, aparılan müalicə effektsiz olduqda iltihab ocağı çox çətinliklə sorulur və ya sorulmur. Bu da çox zaman həmin iltihab ocağının absesləşməsinə gətirib çıxarır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 221-223
179) Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
A) 10 ml
B) 2 ml
C) 20 ml
D) 5 ml
E) 3 ml
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: |