164) Mədə və 12 barmaq bağırsaq xorasının ağırlaşmasına aid deyil?
A) Xoranın penetrasiyası
B) Perforasiya
C) Başqa orqanlara metastaz
D) Bədxassəli transformasiya
E) Qanaxma
Mədə və 12 barmaq bağırsaq xorası yalnız bədxassələşdikdən sonra, yəni mədə xərçənginə keçid aldıqdan sonra metastaz verə bilər. Əsas ağırlaşmalar isə digər variantlarda sadalanan ağırlaşmalardır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 349
165) Kəskin qlomerulonefrit xəstəliyi zamanı hansı müayinə metodları ilk növbədə aparılmalıdır?
A) Ekskretor Uroqrafiya
B) Böyrəklərin USM-si
C) Böyrəklərin R-Skopiyası
D) Sistoskopiya
E) Qanın və sidiyin ümumi müayinəsi
Kəskin qlomerulonefrit xəstəliyi zamanı qanda (leykositoz, EÇS-nin yüksəlməsi) və sidikdə (hematuriya, proteinuriya, silindruriya) gərgin ifadə olunan dəyişikliklər müşahidə olunur. Qalan müayinə metodları sonradan yerinə yetirilə bilər.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 396
166) Böyrəkdaşı sancısı zamanı həkiməqədər ilk yardım nədən ibarətdir?
A) Xəstəyə üfüqi vəziyyət verib, ayaqlarını azacıq qaldırmaq
B) Dəri altına promedol
C) Xəstəyə sidikqovucular vermək
D) Xəstəni hospitalizasiya etmək
E) Bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər
Böyrək daşı sancısı zamanı bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər əzələ toxumasının, sidik yollarının divarlarının genişlənməsinə (bu zaman daşın sidik kisəsinə keçidi asanlaşır) səbəb olur.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 414
167) Uzun müddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?
A) Qarın nahiyəsində
B) Kürəkdə
C) Ənsədə
D) Omada
E) Dabanda
Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası əmələ gəlmir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.52 “Çıraq ” 2008
Dostları ilə paylaş: |