361) Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?
A) Pis qulluq
B) Maye itkisi və süd azlığı
C) Fizioloji sarılıq
D) Virus infeksiyası
E) Fizioloji mastit
Yeni doğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər olur. Bunun səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35 .
362) Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?
A) Çəki itkisi
B) Sidik turşusu infarktı
C) Tranzitor qızdırma
D) Fizioloji mastit, fizioloji vulvovaginit
E) Fizioloji eritema
Hormonal krizə fizioloji mastit və fizioloji vulvovaqinit aiddir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq, uşaq həyatının 3-4 günü baş verir, 2-3 həftə ərzində tədricən yox olur. Müalicə tələb etmir. Fizioloji vulvovaginit qızlarda, doğulandan 6-7 gün sonra baş verir.Xüsusi müalicə tələb etmir. Cinsiyyət üzvlərini tez-tez ilıq kalium-permanqanat (1:50-ə) məhlulu ilə yumaq lazımdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
363) Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?
A) Sepsisin
B) Dermatitin
C) Qonoblenoreyanın
D) Sistitin
E) Omfolitin
Uşaq doğulan kimi qonoblenoreyanın profilaktikası aparılır.Bu zaman 1%-li tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
364) Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Sinverman
B) Dubovic
C) Apqar
D) Neceporenko
E) Ortner
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət uşaqda ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzəzlə tonusu , dərinin rəngi müayinədən keçirilərək balla hesablanır
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
Dostları ilə paylaş: |