Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır?



Yüklə 261,37 Kb.
səhifə102/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   98   99   100   101   102   103   104   105   ...   248
Umumi test suallari

395) Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır?

A) Parenteral


B) Kontakt-məişət
C) Alimentar
D) Hava-damcı
E) Transfuzion
Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487




396) Hepatit B xəstəliyinin yoluxma yolu hansıdır?

A) Oral-fekal


B) Alimentar
C) Kontakt-məişət
D) Hava-damcı
E) Parenteral
Hepatit B parenteral yolla yoluxur, yəni dərinin bütövlüyü pozulanda qan və qan əvəzedicilər yeridilən zaman aseptika,antiseptika qaydalarına riayət edilmədikdə əmələ gəlir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 488




397) Hepatit A zamanı inkubasion dövr nə qədər davam edir?

A) 1 aya qədər


B) 1 həftə
C) 1 il
D) 2 gün
E) 3 aya qədər
Hepatit A-nın inkubasion dövrü bir aydır. Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487




398) Hepatit B zamanı inkubasion dövr nə qədər davam edir?

A) 6 həftə-6 ay


B) 1-3 gün
C) 1 il
D) 2-4 həftə
E) 2 il
Hepatit B zamani inkubasion dövr 6 həftədən 6ayadək davam edə bilər.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489




399) Hepatit xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür?

A) 4 gün
B) 10 gün


C) 7 gün
D) 6 ay
E) 35 gün
Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolə edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin