386) Difteriyadan qorunmaq ücün ən etibarlı üsul hansıdır?
A) Fizioterapiya
B) B vitaminoterapiya
C) Hormonoterapiya
D) Antibiotikoterapiya
E) Aktiv immunizasiya
Difteriyadan qorunmaq ücün ən etibarlı üsul aktiv immunizasiyadır.Difteriya əleyhinə peyvənd uşaqlara 2-3- 4-18aylarında AGDT kombinə olunmuş vaksin şəklində əzələdaxili yeridilir.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma”.Metodik göstərişlər.Modul 2.Bakı 2010.səh7
387) Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində olmalıdır?
A) 5 gün
B) 1,5 ay
C) 7 gün
D) 2 ay
E) 1 ay
Difteriyalı uşaqla kontaktda olan uşaq 7 gün ərzində izolə edilir. Bu uşaqlara gündə 2 dəfə termometriya və bir dəfə bakterioloji müayinə aparılmalıdır.Ocaqda dezinfeksiya işləri aparılır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
388) Skarlatinanın törədicisi hansıdır?
A) Göbələklər
B) β hemolitik streptokokklar
C) Viruslar
D) Löffler çöpləri
E) Stafilakokklar
Skarlatina kəskin infeksion xəstəlikdir Törədicisi β hemolitik steptokokkdur. Əsas klinik əlamətləri ümümi intoksikasiya, angina ,hiperemiya fonunda xirda nöqtəli səpgilərdir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 460
389) Skarlatina zamanı əsas əlamət hansıdır?
A) Hipervolemiya
B) Angina
C) Travmatik şok
D) Hemoliz
E) Anemiya
Skarlatina xəstəliyinin daima musahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional linfotik vəzilər də qoşulur.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 461
390) Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolə edilir?
A) 1 gün
B) 10 gün
C) 1 ay
D) 7 gün
E) 1,5 ay
Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolə edilir və hər gün termometriya, dəri və selikli qişaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 462
Dostları ilə paylaş: |