30) Uşaqda kəskin qarın sindromu olarsa tibb bacısı nə etməlidir? Kəskin qarın sindromu müxtəlif səbəblərdən - qarın boşluğu orqanlarının zədələnməsi, iltihabi xəstəliklər və s. nəticəsində baş verə bilər. Tibb bacısı xəstənin qarın nahiyəsinə soyuq qoyaraq təcili hospitalizasiya etməlidir. Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 187
31) Uşaqlarda revmatizm residivinin qarşışını almaq üçün tibb bacısı ilk növbədə nəyi məsləhət görməlidir? Revmatizm xəstəliyinin törədicisi olan streptokoklar badamcıqlarda məskunlaşaraq, uşaqda tez - tez anginanın əmələ gəlməsinə səbəb olur. Bu isə öz növbəsində revmatizmin yaranmasına səbəb olur. Bu səbəbdən residivin qarşısını almaq üçün badamcıqların və digər infeksiya mənbəyinin sanasiyası aparılmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр260
32) Bronxial astma ilə xəstə olan uşaqlar dispanser qeydiyyatdan nə vaxt çıxarılır? Bronxial astma infeksion - allergik xəstəlik sayılır. Xəstəliyin baş verməsində irsi faktorun rolu da qeyd olunur. Belə uşaqlar dispanser qeydiyyata götürülür və uşaq yeniyetmələr şöbəsinə verilənə qədər qeydiyyatdan çıxarılmır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр246