1) Uşaqda qlomerulonefritin yaranmasına səbəb olan xəstəlik hansıdır? Angina və skarlatinanın törədiciləri β - hemolitik steplokokklardır. Qlomerulonefrit zamanı mikrobun toksini qana keçərək böyrək toxumasına təsir edir – nəticədə qlomerulonefrit yaranır. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 218
2) Pielonefrit xəstəliyi olan uşağın qidası necə olmalıdır? Pielonefrit – böyrək ləyəni və toxumasının iltihabıdır. Xəstəlik zamanı sidik ifrazı pozulur, ödem müşahidə olunur. Sidikdə zülal tapılır. Bədən zülal itirdiyinə görə belə xəstələrə zülalla zəngin qidalar verilməlidir. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 267