13) Uşaqlarda hansı helmint xolesistitin əmələ gəlməsinə səbəb olur? Lyambliyalar 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsində yaşayır. Öd yollarinin diskineziyasini əmələ gətirir və xolesistitin yaranmasına səbəb olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 416
14) Spazmofiliyanin profilaktikası necə aparılır? Spazmofiliya xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır. İlk növbədə raxitin profilaktikası və müalicəsi düzgün aparılmalı, uşağın qida rejimi düzgün qurulmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 203
15) Uşaqlarda bronxial astma tutması zamanı hansı preparatdan istifadə etmək olar?
Bronxial astma xəstəliyinin tutmaları zamanı xəstənin vəziyyəti ağırlaşır. Öskürək əziyyətverici, səsli olur, xəstə döş qəfəsində ağrı hiss edir, təngnəfəslik yaranır. Bu zaman eufillin, efedrin və digər preparatlardan istifadə edərək xəstənin vəziyyətini yaxşılaşdırmaq lazımdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 242