9) Eksudativ kataral diatezli uşaqlarda hansı əlamətlər olur? Eksudativ - kataral diatez bir sindrom olaraq irsi xarakter daşıyır. Uşaqların bəzən qidalara qarşı allergiyası baş verir. Nəticədə uşağın dəri və selikli qişasında zədələnmələr olur, Belə uşaqlara allergiya törədən qidalar verilməməli, qida rejiminə düzgün riayət edilməlidir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр159
10) Raxit xəstəliyinin hansı dövründə vegetativ sinir sisteminin pozğunluğu baş verir? Raxit uşaqlar arasında ən çox rast gəlınən xəstəlikdir. Xəstəlik orqanizmdə D vitaminin çatışmazlığı nəticəsində baş verir. Xəstəliyin başlanğıc dövründə uşaqda narahatlıq başlayır. Uşaq ağlağan olur, yuxusu pozulur, çox tərləmə və qaşınma baş verir. Uşaq başını yastığa sürtdüyü üçün ənsə nahiyyısinin tükü tökülür. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 190
11) “Raxit bilərzikləri”, toyuq döş qəfəsi”, kraniotabes” raxit xəstəliyinin hansı dövründə əmələ gəlir?
Raxit xəstəliyinin kəskin dövründə uşaq fiziki və psixomator inkişafdan geri qalır, tərlilik artır. Uşaqda zəiflik və tez yorulma olur, skeletdə dəyişikliklər meydana çıxır. Skeletdə baş verən bu dəyişiliklər raxit bilərzikləri, toyuq döş qəfəsi və kraniotabes adlanır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 192