89) Uşaqlarda döş kifozu necə aylıqda əmələ gəlir? Bir yaşa qədər uşaqlarda sümük toxuması su və üzvi maddalərlə zəngin, mineral maddalər isə az olur. Bu səbəbdən də uşaq oturmağa, yeriməyə, gəzməyə başlarkən onun onurga sütununda əyriliklər əmələ gəlir . Döş kifozu uşağın 6 - 7 aylığında baş verir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 50
90) Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə olunur? Rinit burunun selikli qişasının iltihabı xəstəliyi olduğuna görə, bu zaman selikli qişa şişir. Uşağın burnu tutulduğundan, əmmə zamanı nəfəs alma çətinləşdiyi üçün döşü əmə bilmir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 23