200) Xlamidiozun müalicəsində daha təsirli müalicə vasitəsi hansıdır?
Urogenital xlamidioz yoluxucu - zöhrəvi xəstəlik olub, torədicisi Сhlamidia Trachomatis - dir. Bu çox geniş – sifilis və qonoreyadan dəfələrlə çox yayılmış bir xəstəlikdir. Müalicəsində tetrasiklin və onun analoqları (doksisiklin və b. k) ən effektli vasitələrindən sayılır.
Ədəbiyyat: Рациональная фармакотерапия, заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А. А. Кубановой, В. И. Касиной, М. , Литтерра, 2005. (səh. 542)
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 60, 65, 107, 141)