Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для
среднего медработника, стр 32
843) Burun boşluğundan yaxma nə məqsədlə götürülür?
A) İnfeksiya ilə yoluxma təhlükəsizliyini təmin etmək
B) Burun boşluğundan patoloji möhtəviyyatı
götürmək
C) Burun boşluğunun hava keçiriciliyini təmin etmək
D) Terapevtik effekti təmin etmək
E) Bakterioloji tədqiqat
üçün material götürmək
Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə
həyata keçirilir.Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun
boşluğundan yaxma götürülür.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для
среднего медработника, стр 23
844) Buruna yumşaq sarğının hansı növü qoyulur?
A) Sümbülvarı
B) Sapandvarı
C)
Dairəvi
D) Monokulyar
E) Spiralvarı
Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə,
ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu,
boy uzunu istiqamətdi kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand
deyilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для
среднего медработника, стр 280
Dostları ilə paylaş: