verməklə, yuksək temperatur fonunda yeni səpgi elementləri əmələ gəlir. Bunun nəticəsində dərinin
bir sahəsində başqa başqa inkişaf mərhələsində olan səpgi elementləri və səpgilər meydana
çıxır.Səpgilər papula, vezikula ,qabıq şəklində olur. (Papula vezikula qabıq ,yəni polimorfizm)
Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430
466) Epidemik parotit zamanı baş verən ikitərəfli orxit nəyə səbəb olur?
A) Sistitə
B) Pielonefritə
C) Meningitə
D) Qlomerulonefritə
E) Kişi sonsuzluğuna
Yeniyetmə oğlanlarda parotit infeksiyasi orxit şəklində muşahidə oluna bilər. İltihabı proses 1-2 ay
ərzində yumurtaların atrofiyasina gətirib cixara bilər ki,bu da sonsuzluqla nəticələnir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа»
2002 стр486
467) Hepatit keçirmiş uşaq stasionardan sonra neçə ay nəzarətdə olmalıdır?
A) 2 ay
B) 5 ay
C) 6 ay
D) 4 ay
E) 3 ay
Hepatit viris mənşəli kəskin infeksion xəstəlikdir.Bu virusun özü və toksini qara ciyər toxumasini
zədələdiyi ücün əsas müalicə prinsipləri: qoruyucu rejim, dieta , virus əlehinə, dezintoksikasion
terapiyadir. Hepatit keçirmiş uşaq stasionardan sonra 3 ay ərzində nəzarətdə olmalıdır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа»
2002 стр 280
468) Uşaqda hiperqlikemik komada ilk yardım nədən ibarətdir?
A) Spazmalitiklər
B) Antihistaminlər
C) Vitaminlər
D) Qlukoza
E) İnsulin
Hiperqlikemik koma qanda şəkərin normadan yuxarı olması nəticəsində əmələ gəlir.Bunun baş
vermə səbəbi İnsulin çatmamazlığıdır.Ona görə də ilk yardım insulin vurulur.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 333
Dostları ilə paylaş: