Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Polimorfizm (Ləkə-papula-vezikula-qabıq) hansı xəstəlik üçün xarakterikdir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə122/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   118   119   120   121   122   123   124   125   ...   252
465) Polimorfizm (Ləkə-papula-vezikula-qabıq) hansı xəstəlik üçün xarakterikdir?
A) Məxmərək 
B) Qızılca 
C) Skarlatina 
D) Difteriya 
E) Su çiçəyi 
Su çicəyi infeksion xəstəlikdir.Xəstəliyin xarakterik xüsusiyyəti yüksək hərarətdir. 1-2gün ara 


verməklə, yuksək temperatur fonunda yeni səpgi elementləri əmələ gəlir. Bunun nəticəsində dərinin 
bir sahəsində başqa başqa inkişaf mərhələsində olan səpgi elementləri və səpgilər meydana 
çıxır.Səpgilər papula, vezikula ,qabıq şəklində olur. (Papula vezikula qabıq ,yəni polimorfizm) 
Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430 
466) Epidemik parotit zamanı baş verən ikitərəfli orxit nəyə səbəb olur?
A) Sistitə 
B) Pielonefritə 
C) Meningitə 
D) Qlomerulonefritə 
E) Kişi sonsuzluğuna 
Yeniyetmə oğlanlarda parotit infeksiyasi orxit şəklində muşahidə oluna bilər. İltihabı proses 1-2 ay 
ərzində yumurtaların atrofiyasina gətirib cixara bilər ki,bu da sonsuzluqla nəticələnir. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 стр486 
467) Hepatit keçirmiş uşaq stasionardan sonra neçə ay nəzarətdə olmalıdır?
A) 2 ay 
B) 5 ay 
C) 6 ay 
D) 4 ay 
E) 3 ay 
Hepatit viris mənşəli kəskin infeksion xəstəlikdir.Bu virusun özü və toksini qara ciyər toxumasini 
zədələdiyi ücün əsas müalicə prinsipləri: qoruyucu rejim, dieta , virus əlehinə, dezintoksikasion 
terapiyadir. Hepatit keçirmiş uşaq stasionardan sonra 3 ay ərzində nəzarətdə olmalıdır. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 стр 280 
468) Uşaqda hiperqlikemik komada ilk yardım nədən ibarətdir?
A) Spazmalitiklər 
B) Antihistaminlər 
C) Vitaminlər 
D) Qlukoza 
E) İnsulin 
Hiperqlikemik koma qanda şəkərin normadan yuxarı olması nəticəsində əmələ gəlir.Bunun baş 
vermə səbəbi İnsulin çatmamazlığıdır.Ona görə də ilk yardım insulin vurulur. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 333 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin