rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida
qəbul etməlidir.Vitamin D isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına
düşərsə verilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа»
2002 стр132
500) Tutmaşəkilli spazmatik öskürək hansı xəstəlik üçün xarakterikdir?
A) Rinovirus infeksiyası
B) Göy öskürək
C) Su çiçəyi
D) Epidemik parotit
E) Qızılca
Göyöskürək xəstəliyinin əsas simptomu tutmaşəkillli öskürəkdir.Tutma birdən başlayır bir-birinin
ardınca arasıkəsilməz öskürək olur uzaqdan eşidilir səsli olur.Bəzən apnoe (tənəffüsün dayanması)
olur və dərhal öskürək başlayır.Bu hala repriza deyilir.
Ədəbiyyat: K.A.Исaeвa,Л.К.Бажenoвa.»Детские Болезни» Mockвa1986 , стр 440
501) Spazmofiliya xəstəliyinin xarakter simptomu hansıdır?
A) Qansızma
B) Şişkinlik
C) Qəbzlik
D) Qıcolma
E) Qanaxma
Spazmofiliya xəstəliyi zamanı qıcolma baş verərsə ,xəstəyə təcili yardım edilməlidir.İlk növbədə
xəstəyə naşatır spirti iylətməli və hava gəlməsini təmin etmək lazımdır.Sonra qıcolma əleyhinə
prepatlardan istifadə etmək olar.
Ədəbiyyat: Л.A.Исaeвa,Л.К.Бaжenoвa.»Детские Болезни» Mockвa1986, стр 406
502) Hansı xəstəlikdə uşaqlarda bədənin bütün əzələlərində tonik-klonik qıcolmalar olur?
A) Qızılca
B) Difteriya
C) Dizenteriya
D) Spazmofiliya
E) Skarlatina
Spazmoliya xəstəliyinə uşaqlar arasında ən çox 6-18aylarda rast gəlinir.Xəstəliyin eklampsiya
formasında bədənin bütün əzələrində tonik-klonik qlcolmalar olur.
Ədəbiyyat: ЛA.Исaeвa,Л.К.Бaжеnoвa.»Детские Болезни» Mockвa1986, стр 412
Dostları ilə paylaş: