Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
504) Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?
A) 38-39
B) 38-42
C) 32-34
D) 28-30
E) 35-37
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə
yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 37.
505) Uşaq necə aylığında başını tutmağa başlayır?
A) 7-8
B) 9-10
C) 3-4
D) 5-6
E) 1-2
Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını tutmağa
başlayır.2aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başını
yaxşı saxlayır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26.
506) Uşaq necə ayında sərbəst oturur?
A) 8-9
B) 4-5
C) 6-7
D) 2-4
E) 10-11
Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən
arxası üstə çevrilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 28.
507) Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?
A) 20-25
B) 40-45
C) 30-35
D) 35-40
E) 25-30
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar.Uşaqlarda
tənəffüs qarışıq tipli olur.Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59.
Dostları ilə paylaş: