496) Yeni doğulmuşların göbək qalığı necə işlənməlidir?
1. 3 % perekis;
2. 70 % spirt
3. 5 % kalium permanqanat
4. 0,5 %-li natrium sulfasil
5. 5 % -li natrium xlorid
6. 2%-li natrium bikarbonat
A) 2,5,6
B) 4,5,6
C) 1,4,5
D) 1,2,3
E) 3,4,5
Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir.Aseptika-antiseptika qaydalarına riayət
edilir.Buna baxmayraq göbək qalığı gec sağalarsa omfalit əlamətləri başlayarsa göbək qalığı
işlənməlidir.Bu zaman 3%-li perekis 5%-li kalium permanqanat 70 dərəcəli spirtdən isifadə olnur.
Ədəbiyyat: Л.A.Исаaeva,Л.К.Бaжenoвa.»Детские Болезни» Mockвa1986 ,стр 61
497) 1 yaşda uşağın neçə dişi olmalıdır?
A) 10
B) 8
C) 4
D) 7
E) 6
Sağlam uşağın 6-7 ayından sağlam dişləri çıxmağa başlayır. İlk dəfə 2 aşağı 2 yuxarı sonra isə
onların ətrafındakı süd dişləri çıxmağa başlayır.Beləliklə 1yaşda uşağın 8 dişi olur.n-4 formulu ilə
hesablanır.( n-uşağın aylarının sayıdır)Məsələn,12aylıq uşağın 12-4=8 dişi olur.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 65
498) Yeni doğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
A) Doğulduqdan 12 saat sonra
B) Doğulduqdan 3 saat sonra
C) Doğulduqdan dərhal sonra
D) Doğulduqdan 6 saat sonra
E) Doğulduqdan 1 saat sonra
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın
vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа»
2002 ,стр 28
Dostları ilə paylaş: