Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Bətndaxili inkişaf dövrü neçə həftə davam edir



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə126/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   122   123   124   125   126   127   128   129   ...   252
481) Bətndaxili inkişaf dövrü neçə həftə davam edir.
A) 20-30 
B) 38-40 
C) 30 -35 
D) 28 -30 
E) 12 -16 
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”.”Bakı” 2007 Səh 136 
482) Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır?
A) Qarnı üstə 
B) Sağ böyrü üstə 
C) Oturaq vəziyyətdə 
D) Sol böyrü və ya arxası üstə uzadılır 
E) Sağ böyrü və ya arxası üstə 
Təmizləyici imalə zamanı uşaq arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar 
arxası üstə, böyük uşaqlar sol böyrü üstə uzandırılır, çünki, bu vəziyyətdə rezin ucluq düz bağırsağa 
yaxşı daxil olur. 


Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986, cтр 237 
483) Helmintozların diaqnozu nəyə əsasən qoyulur?
A) Nəcisin bakterioloji müayinəsinə 
B) Sidiyin müayinəsinə 
C) Nəcisin ümumi müayinəsinə 
D) Qanın müayinəsinə 
E) Qanın biokimyəvi müayinəsinə 
Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur. 
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 138 
484) Uşaq bayılarkən nə etməli?
A) Vitaminlər 
B) Qlükoza , sulfanilamid preparatlar 
C) Antibiotiklər 
D) Antihistaminlər 
E) Naşatır iylətmək , kofein ,mezaton , kardiamin 
Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq ,ayaqlarını yuxarı qaldırmaq, onu sıxıcı 
paltardan azad etmək,naşatr iylətmək,hava gəlməsini təmin etmək,üzünə,sinəsinə soyuq su çiləmək 
lazımdır. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı”Paleyevin redaktəsi ilə “səh 90 
485) Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
A) İki gün sonra 
B) İlk 24 saat ərzində 
C) İlk 6 saat ərzində 
D) Bir gün sonra 
E) İlk 12 saat ərzində 
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan 
sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur. 
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” .Modul 2. Bakı 2010 ,səh 10 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin