Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə127/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   123   124   125   126   127   128   129   130   ...   252
486) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
A) Göbək yarası sağaldıqdan sonra 
B) Doğulandan 8 saat sonra 
C) Göbək yarası sağalmamış 
D) İlk patronajdan sonra 
E) Doğulan kimi 
Gigiyenik vannalar uşaqda dərini təmizləyir .Gügiyenik vannalar göbək ciyəsi düşdükdən 1-2 gün 
sonra aparılmalıdır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34 
487) Ilk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində 


B) Doğum evindən evə yazılandan bir ay sonra 
C) Doğum evindən evə yazılandan 10 gün sonra 
D) Doğum evindən evə yazılandan bir həftə sonra 
E) Doğulan kimi 
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və 
həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35 
488) Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?
A) Sümük sisteminin vəziyyətinə 
B) Dərinin vəziyyətinə və həssaslığına 
C) Vəziyyıtinə və yaşına görə 
D) Vəziyyətin ağırlığına görə 
E) Sinir sisteminin vəziyyətinə 
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı 
yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir. 
Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986, 306 
489) Eksikoz dedikdə nə başa düşülür?
A) Qusma 
B) A/T düşməsi 
C) İshal 
D) Susuzluq 
E) Qan çatmamazlığı 
Eksikoz susuzluqdur- bu mədə bağırsaq infeksiyalarında orqanizmin qusma və ishal nəticəsində 
şoxlu su itirməsi nəticəsində əmələ gəlir. 
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56 
490) Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?
A) Baş ağrısı 
B) Hərarət 
C) Sianoz 
D) Hürücü öskürək, boğulma, tənəffüsün çətinləşməsi 
E) Qusma, ishal 
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir.Səs telləri şişir, səs yarığı daralır, nəticədə 
uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur. 
Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin