Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Su çiçəyi səpkilərini işləmək üçün hansı məhluldan istifadə olunur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə135/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   131   132   133   134   135   136   137   138   ...   252
521) Su çiçəyi səpkilərini işləmək üçün hansı məhluldan istifadə olunur?
A) Natrium xlorid 
B) Brilyant yaşılı abısı 
C) Dimedrol 
D) Furasilin 
E) Yod 
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə 
müxtəlif formalı( ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın 
qarşısını almaq üçün bu səpkilər brilyant yaşılı abısı ilə işlənilir. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 501 
522) 
Uşaqlarda Evstax borusu hansı anatomik xüsusiyyətinə görə otit əmələ gəlməsinə şərait 
yardır.?
A) Qısa və enli olmasına görə
B) Qısa və dar olmasına görə 
C) Uzun və geniş olmasına görə 
D) Uzun və dar olmasına görə 
E) Əyri olmasına görə 
Anatomik qurluşuna görə uşaqlarda Evstax borusu qısa və enli olduğuna görə yuxarı tənəffüs 
yollarında olan ifeksiya asanlıqla orta qulağa keçərək, otit əmələ gəlməsinə səbəb our. 
Y.P.Bisyarina .Uşaqların anatom-fizioloji xüsisiyyətləri.səh.124 
523) Şəkərli diabetlə xəstə uşaq insulin vurulduqdan neçə dəqiqə sonra yemək yeməlidir?
A) 5-10 
B) 50-60 
C) 15-20 
D) 30-40 
E) 40-50 
İnsulinlə müalicə şəkərli diabetin əsas müalicə forması sayılır.Sidiklə ifraz olunan şəkərin miqdarı 
təyin edildikdən sonra şəkərli diabet xəstəliyi olan uşağa insulin təyin edilir.İnsulin vurulduqdan 15-
20 dəqiqə sonra uşaq yeməlidir. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 450 
524) Uşaqlarda kəskin qastrit zamanı nə tövsiyyə edilir?
A) Yağlı olmayan ət suyu, sıyıqlar 
B) Yumurta, yağlı ət 
C) Duza qoyulmuş tərəvəz 
D) Kəsmik,qaymaq 
E) Çörək,kolbasa 
Kəskin qastrit mədənin selikli qişasının iltihabıdır. Xəstəlik kəskin başlayır, uşaqda intoksikasiya 
əlamətləri olur.Belə xəstələrə yağlı olmayan ət suyu , müxtəlif sıyıqlar və həlimlər məsləhət görülür 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 369. 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin