525) Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir? A) Dərinin 40-50% etil spirti ilə silmək
B) Böyük damarlar üzərinə buz qovağı qoymaq
C) Bədənin isidilməsi
D) Uşağı soyuq suda islanmış döşəkağına bükmək
E) Litik qarışıq vurmaq
Hipertermik sindrom hərarətin yüksəlməsidir.(39-42) Bu uşaq orqanizminə mənfi təsir edir.
Qıcolma verə bilər. Hərarəti salmaq üçün bədəni isitmək yox, soyutmaq məqsədə uyğundur.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 45
526) Uşaqda hərarəti salmaq məqsədi ilə mələfəni islatmaq üçün istifadə edilən suyun soyuqluq dərəcəsi neçə olmalıdır.? A) 15-16
B) 12-14
C) 4-5
D) 8-10
E) 6-8
Hərarəti salmaq üçün əvvəl köməkçi vasitələrindən istifadə edilir. Bədəni sirkəli su ilə silinməsi, iri
damarlar üzərinə soyuq kompreslər qoymaq və soyuq suda (12-14) islanmış mələfəyə bükmək və s
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр .50
527) Uşaq hansı yaşda yeriməyə başlayır? A) 16-18 ayında
B) 11-12 ayında
C) 15-16 ayında
D) 7-8 ayında
E) 8-9 ayında
Yeni doğulmuşun onurğa sütununda fizioloji əyriliklər əmələ gəlir.(boyun,döş və bel) 2 ayında
boyun,6-7 ayda döş, 11-12 ayda bel. Bu əyriliklərə uyğun olaraq uşaq 2 ayında başını saxlayır, 6-7
ayda oturur, 11-12 ayda yeriməyə başlayır.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 72
528) Südəmər uşağa ilk əlavə yemək olaraq nə verilməlidir? A) Mannı sıyığı
B) Tərəvəz püresi
C) Kefir
D) Meyvə şirəsi
E) Şorbalar
5 ay ana südü uşağın qida təlabatını tam ödəyir. Sonra isə uşaq orqanizminin təlabatı artdığı üçün,
tək ana südü uşağı doyuzdurmur.Ona görə də südəmər uşağa südlə bərabər əlavə qidalarda verilir.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 32