C) 4 ayında
D) 6 ayında
E) 5 ayında
5-6 ay ana südü südəmər uşağın tələbatını tam ödəyir. Böyüdükcə orqanizmin təlabatı artdığı üçün
ana südü azlıq edir.Ona görə 6 -cı aydan uşağa əlavə qidalar verilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
530) Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Süd
verən ana təyin edir
B) Uşaq təyin edir
C) Tibb bacısı təyin edir
D) Həkim təyin edir
E) Köməkçi təyin edir
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən
imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
531) Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2500-3000 qr
B) 3500-4000 qr
C) 3000-3500 qr
D) 2000-2500 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500
qramdan çox, 3000-3500 qr təşkil edir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
532) Yeni doğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
A) 1-2-cü
B) 2-5-cü
C) 8-9-cu
D) 3-4-cü
E) 7-8-ci
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır,
bunun
nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
533) Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?
A) Suda isladılmış kürəciklər
B) Tənzif kürəciklər
C) Steril bitki yağında isladılmış pambıq çöplər
D) Quru pambıq çöplər
E) Pambıq kürəciklər
Qulaq həssas orqandır. Ona görə qulağı çox qıcıqlandırmaq olmaz.Xarici
qulaq keçəcəyi quru
pambıq çöplərlə təmizlənir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33