543) Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir? A) Xolestrin
B) Bilurubin
C) Qlukoza
D) Melanin
E) İnsulin
Yeni doğulmuşların hemolitik xəstəliyində qanda qeyri- düz billubinin miqdarı çoxalır. O da
orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
544) Aşağıdakılardan hansı xromosom xəstəliyidir? A) Şəkərsiz diabet
B) Fenilketonuriya
C) Piylənmə
D) Şəkərli diabet
E) Daun xəstəliyi
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya
ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa,
gözləri xırda, qulaqları qeyri simmetrik, ağzı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin
xarakterik əlamətidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 352
545) Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır? A) 4000 qr
B) 2800 qr
C) 3000 qr
D) 2500 qr
E) 2700 qr
Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur.Bunun əsas səbəbi hamiləlik
dövrünün başa çatmamasıdır. Çünki, hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki
cəhətdən böyüməsi başa çatır.
Ədəbiyyat: N. Tağıyev” Neonatologiya” ”Bakı” 2007 səh 125
546) Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır? A) Traxeit
B) Rinit
C) Faringit
D) Laringit
E) Nazofaringit
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə
burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda
nazofaringit ə çox rast gəlinir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202