A) Öskürək
B) Yüksək hərarət
C)
Kataral əlamətlər
D) Qarında ağrı
E) Nəfəsvermə zamanı təngnəfəslik
Bronxial astma infeksion allergik xəstəlikdir. Bronxların spazmı nəticəsində nəfəsvermə aktı
çətinləşir, nəticədə xəstədə təngnəfəslik yaranır, boğulma baş verir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 190
582) Xəstəxana daxili pnevmoniyanın etiologiyasında aşağıdakı bakteriyalardan hansının rolu
böyükdür?
A) Qızılı
stafilokok
B) Steptokok
C) Pnevmokok
D) Göy
irin çöpləri
E) Meninqokok
Pnevmoniya – ağciyər toxumasının iltihabı xəstəliyi olub, ən çox pnevmokok mənşəli olur.
Pnevmokokların xəstəxanadaxili pnevmoniyanın etiologiyasında da rolu
digər bakteriyalardan
çoxdur.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 162
583) Hipoqlikemik komanın əsas yaranma səbəbi?
A) Passiv həyat tərzi
B) Karbohidratın
çox qəbulu
C) İnsulinin artıq dozada vurulması
D) İnsulinin dozadan az vurulması
E) Aktiv həyat tərzi
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı onun dozasının çox olması
nəticəsində yaranır.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 135
Dostları ilə paylaş: