A) Strumektomiya
B) Laparotomiya
C) Splenoektomiya
D) Rezeksiya
E) Torakotomiya
Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
616) Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?
A) 5
B) 8
C) 7
D) 4
E) 6
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə
xəstə adi pəhrizdə olur və o, sutka ərzində
hər 3 saatdan bir çıxan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hərəsinin miqdarını
və xüsusi
çəkisini ayrıca təyin edirlər.
Ədəbiyyat Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
617) Sağlam insan hansı yaş həddində qan donoru ola bilər?
A) 16-35
B) 18-40
C) 16-25
D) 18-65
E) 17-50
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş
arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı
cavabdeh həkimin rəyi əsasında verilə bilər.Hər donor 8 həftədən bir (ildə 5-6 dəfə) qan verə bilər.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı
618) Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir?
A) Ağrıları azaltmaq
B) İltihaba qarşı
C)
Passiv immunitet yaratmaq
D) Aktiv immunitet yaratmaq
E) Sepsisə qarşı
Bütün açıq zədələnmələrin hamısında
xüsusilə yaralanma,yanıq və donmalarda xəstələrdə aktiv
immunitet yaratmaq məqsədilə Bezretko üsulu ilə sınaqdan sonra 0.5-1 ml anatoksin vurulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 219) N.P.Paleyev Bakı-1991
619) Eventerasiya nədir?
A) Bağırsaq ilgəyinin və piyliyin əməliyyatdan sonra qarının ön divarından kənara çıxması
B) Bağırsaqlarda qazın yığılması
C) Bağırsaq möhtəviyyatının yaradan xaric olması
D) Bağırsağın burulması
E) Qarın boşluğu orqanlarının iltibahı
Qarının üzərində sarğı birdən-birə seroz qanlı maye ilə bulaşarsa və onun altı
şişmiş olarsa bu yara
tikişlərinin açılmasını və bağırsaq ilgəyinin bayıra çıxmasını göstərir ki,buna cərrahlıqda
eventerasiya deyilir.
Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: