Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə164/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   160   161   162   163   164   165   166   167   ...   252
652) Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Vişnevski məlhəmi ilə sarğı qoymaq 
B) Termoizoləedici sarğı qoymaq 
C) Qarla ovuşdurmaq 
D) Spirtlə ovuşdurmaq 
E) Yun parça ilə ovuşdurmaq 
İsti otağa gətirilərək donmuş nahiyyəni qızdırmaq (suyun t0-200-dən 370-yə qədər). Periferiyadan 
mərkəzə doğru araqla, odekolonla ovmaq, sonra isə pambıqla aseptik sarğı qoyulur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287 
653) I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Aseptik sarğı qoymaq 
B) Turna qoymaq 
C) Vişnevski məlhəmi ilə sarğı qoymaq 
D) Streptosid tozu səpmək 
E) Suluqları kəsmək 
Səthi yanıqlara aiddir. Xəstənin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, 
ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282 


654) Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Sıxıcı sarğı qoymaq 
B) Turna qoymaq və ətrafları isitmək 
C) Okkulizion sarğı qoymaq 
D) Antiseptiklərlə silib sarğı qoymaq 
E) Turna qoymaq və ətrafları soyutmaq 
Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə 
blokada edilib buz qovuğu ilə soyudulur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346 
655) Açıq pnevmatoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq 
B) Dezo tipli sarğı qoymaq 
C) Zərərçəkmişi arxası üstə uzatmaq 
D) Okkulizion sarğı qoymaq 
E) Dəri altına 1%-li Morfin məhlulu yeritmək 
Hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəfüsdə iştirak edir. Plevrapulmonol 
şokun qarşısını almaq üçün, hermetik okkulizyon sarğı qoyulur. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin