Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yanığın ən geniş yayılmış növü hansıdır



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə163/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   159   160   161   162   163   164   165   166   ...   252
647) Yanığın ən geniş yayılmış növü hansıdır
A) Şüa 
B) Elektrik yanıqları 
C) Kimyəvi 
D) Yuxarıda sadalananların hamısı 
E) Termiki 
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından, 
buzlardan və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293 
648) Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanığa aiddir?
A) IV 
B) III A 
C) II 
D) III B 
E) I 
II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur 
və arasına seroz maye yığılğr. Bu epidermisin yanmasını göstərir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292 
649) Sınıqların repozisiyası harada və nə vaxt aparılmalıdır?
A) Zərərçəkənin daşınma zamanı 
B) Travma baş verdiyi yerdə 
C) Yaxındakı tibb məntəqəsində 
D) Istənilən yerdə və istənilən vaxt 


E) Əməliyyat otağında və tez bir zamanda 
Repozisiya-sınmış sümük fraqmentlərinin düz vəziyyətdə fiksasiyyasından, sınıq sümük 
parçalarının tam birləşərək döyənək əmələ gələnə qədər yerini dəyişməkdən ibarətdir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 268 
650) Bazu oynağının çıxığında ilk tibbi yardım məqsədilə hansı şina qoyulur?
A) Ilizanov şinası 
B) Yelanski şinası 
C) Kramer şinası 
D) Böeler şinası 
E) Diterixs şinası 
Universal pilləli dəmir Kramer şinası immobilizasiya və ətrafa sakitlik vermək üçün işlədilir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266 
651) Kəllə beyin travmaları zamanı ilk tibbi yardım göstərilərkən xəstə hansı vəziyyətdə 
olmalıdır?
A) Yarımoturaq vəziyyət verməli 
B) Xəstəyə oturaq vəziyyət verilməlidir 
C) Qulaq keçəcəyi yuyulmalıdır 
D) Uzadılmış, başı yana əyilmiş vəziyyətdə 
E) Burun boşluğu yuyulmalıdır 
Kəllə-beyin travmaları zamanı xəstəni mütləq arxası üstə uzadır, başını azacıq yuxarı qaldırıb, yana 
çevirir, qusuntu kütlələri və selikdən boğulmaması üçün tədbirlər görürlər. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 358 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin