Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə151/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   147   148   149   150   151   152   153   154   ...   252
592) Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?
A) Epitelizasiya 
B) Çapıqlaşma 
C) Dehidratasiya 
D) Regenerasiya 
E) Hidrotasiya 
İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır.
Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin
pozulması, toxumaların infiltrasiyası baş verir. 
Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317) 
593) Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?
A) Spazmolitiklər vurmaq 
B) Eufillin vurmaq 
C) Cərəyanın təsirini kəsmək 
D) Aseptik sarğı qoymaq 
E) Ağrıkəsici vurmaq 
Ən əvvəl cərəyan mənbəyini açmalı (cərəyan altında olan adama ancaq rezin əlcək və uzunboğaz 
çəkmə geyinmiş halda əl vurmaq olar). 


Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 573) N.P.Paleyev Bakı-1991 
594) Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?
A) 3 gün 
B) 6 saat 
C) 5 gün 
D) 1 gün 
E) 7 gün 
İlk yardım kimi 1 gün əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq, qansızmanı və 
ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351) N.P.Paleyev Bakı-1991 
595) Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti:
A) 1:100 
B) 1:10 
C) 1:500 
D) 1:50 
E) 1:1000 
Tetanus əleyhinə zərdabın vurulma təlimatında göstərilmişdir: Tetanus əleyhinə zərdab Bezredko 
üsulu ilə 3 sınaqdan sonra əzələ daxilinə vurulur. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 150). 
596) Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir?
A) Kalium permanqanat 
B) Furasillin 
C) Gümüş nitrat 
D) Spirt 
E) Yod 
0.1-0.05%-li kalium-permonqanat məhlulu ilə çürüntülü, irinli, yaraları yuyarkən yaxşı nəticə verir, 
yaranın qoxusunu aradan qaldırır. 
Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 60) B.X.Abasov Bakı-1987 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin