Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə147/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   143   144   145   146   147   148   149   150   ...   252
576) Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?
A) Parenteral 
B) Hava damcı 
C) Kontakt-məişət 
D) Enterial 
E) Fekal – oral 
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal oral və s ) daxil olur. Yuxarıda 
qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral yoluxmadır.(inyeksiya vasitəsi ilə) . 
İnyeksiya edərkən aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl 
edilməlidir. Aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B 
və Hepatit C –yə yoluxma baş verir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 548 


577) Ana südü uşağı lazımı qida maddələri ilə neçə aya kimi təmin edir?
A) 3-4 aya 
B) 1-2 aya 
C) 8-10 aya 
D) 7-8 aya 
E) 5-6 aya 
Ana südü uşaq orqanizminin təlabatını 5-6 ay təmin edir. Ancaq uşaq orqanizmi sürətlə böyüdüyü 
üçün 5-6-cı aydan sonra uşağın təlabatını ana südü tam ödəyə bilmir, ona görə də uşağa əlavə qida 
təyin edilir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 103 
578) Təmizləyici imalə edilərkən yeni doğulmuşun vəziyyəti necə olmalıdır?
A) Sol böyrü üstə 
B) Kürəyi üstə 
C) Yanı üstə 
D) Sağ böyrü üstə 
E) Qarnı üstə 
Yeni doğulmuşun bağırsağını təmizləmək üçün onu kürəyi üstə uzandırıb ayaqlarını yuxarı 
qaldırmaqla təmizləyici imalə edilir. 
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya”.”Bakı” 2007 səh 75 
579) Həkiməqədər yardıma bayılma zamanı daxil edilmir?
A) Təmiz hava ilə təmin etmək 
B) Uşağa yarımoturaq vəziyyət vermək. 
C) Uşağa kofein və ya kardiamin vurmaq 
D) Buruna naşatır spirtində islanmış tampon qoymaq 
E) Uzandırmaq ayaqlarını yuxarı qoymaq 
Ürəkgetmə müxtəlif səbəbələrdən (aclıq,xəstəlik, yorulma əsəb və s.) beyinlə- ürək arasında 
əlaqənin müvəqqəti kəsilməsidir. Bu zaman xəstənin huşu qaralır,ürək fəaliyyəti zəifləyir, Bu 
zaman uşağı uzandırıb ayaqlarını yuxarı qaldırmaq, təmiz hava vermək, naşatır spirti iylətmək 
lazımdır və s. Uşağı uzadıb ayağını qaldırmaq, ürəyin, beynin qanla təmininə şərait yaradır. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 209 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin