Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə123/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   119   120   121   122   123   124   125   126   ...   252
469) Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?
A) Spazmolitiklər 
B) Vitaminlər 
C) İnsulin 
D) Antihistaminlər 
E) Qlükoza 
Hipoqlikemik koma insulin dozası çox olduqda əmələ gəlir, qanda şəkər azalır, ona görə xəstəyə 
şirin çay, bal vermək, venaya 50-100mm 20%-li qlukoza vurmaq lazımdır. 


Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008, Səh 334 
470) Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
A) Ürəyin masajı 
B) Yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək 
C) Oksigen verilməsi 
D) Ağ ciyərin süni ventilyasiyası 
E) Süni tənəffüsün verilməsi 
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız 
boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dölyanı mayenin sorulmasıdır.Ona görə ilk 
yardım yuxarı tənəffüs yollarını dölyanı mayedən təmizləməkdir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33 
471) Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?
A) Zülal çatışmazlığı 
B) Gigiyenik qaydaların pozulması 
C) Vitamin çatışmazlığı 
D) İnfeksion xəstəliklər 
E) Fermentativ çatışmazlıq 
Eksudativ – kataral diatez – konstitusiya anomaliyasidir ki , uşaglarda adi giçiglara anormal 
reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabina , su – duz 
mubadiləsinin pozulması ilə səçiyyəvidir. EKD-in əmələ gəlməsində irsi meyillik də rol oynayır. 
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008,səh 69 
472) Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlardan istifadə edilir?
A) Antimikrob 
B) Diuretiklər 
C) Hipotenziv preparatlar 
D) Ürək qlükozidləri 
E) Antihistamin 
Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müaliçəsində antihistamin preparatlar 
işlədilir klaritin , tavegil , suprastin , enterosorbentler , vitaminlər təyin olunur. 
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008, səh.69 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin