Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım məqsədi ilə xəstəyə hansı vəziyyəti vermək



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə120/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   116   117   118   119   120   121   122   123   ...   252
458) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım məqsədi ilə xəstəyə hansı vəziyyəti vermək 
lazımdır?
A) Başını axıra qədər qabağa əyərək buz qovuğu qoymaq 
B) Oturaq vəziyyətdə hər tərəfinə isitqac qoymaq 
C) Böyrü üstə uzadıb hər tərəfinə isitqac qoymaq 
D) Oturaq vəziyyətdə başına buz qovuğu qoymaq 
E) Yarımoturaq vəziyyətdə hər tərəfinə isitqac qoymaq 
Anafilkatik şok həyat üçün təhlükəli vəziyyətdir. Hətta ölümlə də nəticələnə bilər. Bu zaman 
xəstədə ürək-qan damar və tənəffüs sistemində kəskin dəyişikliklər baş verir. Belə halda xəstəni 
böyrü üstə uzadıb ətrafına isitqac qoymaq lazımdır. 
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Cтр320 
459) Fimoz nədir?
A) Sidikliyin şişi 
B) Pülük dəliyinin iltihabı 
C) Pülük dəliyinin əzilməsi 
D) Pülük dəliyinin daralması 
E) Sidik ifrazat kanalının sıxılması 
Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik ifrazını 
çətinləşdirir. Bu zaman sidik buraxma ağrılı və şətin olur, uşaq narahat olur. Bu hal fimoz adlanır. 
Ədəbiyyat: Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85 
460) Feldşer növbəti patronaj zamanı 1 yaşlı uşağın dəri və selikli qişasının avazımış 
olduğunu gördü.Ana uşağın tez yorulmasından, əsəbi olmasından,iştahasının pis olduğundan 
şikayət etdi.Məlum oldu ki,ana uşağa gündə 2 dəfə südlü sıyıq verir,uşağı təmiz havada 
gəzdirmir.Uşaqda hansı xəstəlikdən şübhələnmək olar?
A) Dəmirdefisitli anemiya 
B) Vitamin B12 defisitli anemiya 
C) Kəskin respirator xəstəlik 
D) Hipotrofiya 
E) Zülal defisitli anemiya 
Uşaqda dəmirdefisitli anemiyanın əlamətləri var: dəri və selikli qişanın avazıması,tez 
yorulma,əsəbilik,süstlük,iştahanın olmaması,ürəkdə sistolik küy və s.Anaya başa salmaq lazımdır 
ki,uşağın qida rejimini düzgün və keyfiyyətli təşkil etsin.Uşağın qida rejiminə ət məhsulları, 
qaraciyər,kəsmik,yumurta sarısı,meyvə-tərəvəz əlavə etmək,təmiz havada çox gəzdirmək 
lazımdır.Dərmanlardan aloe şirəsi, ferrokal,feramid,ferospan,C vitamini və B qrup vitaminlərini 
təyin etmək olar. 
Л.А.Исаева.Л.К.Баженова.Детские болезни.Москва 1986 стр176 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin