Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə118/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   114   115   116   117   118   119   120   121   ...   252
450) Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir 
ölçülməlidir?
A) 10-15 
B) 50-100 
C) 90-120 
D) 60-90 
E) 30-60 
Əgər uşağın bədən temperaturu 39
0
və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman 
uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola 
bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu yoxlanılır. 
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986cтр212 
451) Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?
A) Damardaxili 
B) Dərialtı 
C) Peroral 
D) Əzələdaxili 
E) Dəriiçi 
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin 
xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona 
görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir. 
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. стр 260 
452) Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa hansı dərmanı vermək olmaz?
A) Mukaltin 
B) Antibiotiklər 
C) Askorbin turşusu 
D) Asetilsalisil turşusu 
E) Dimedrol 
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə 
asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu dərman qanı durulaşdıraraq qanaxmanı artırar. 
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.261 
453) Tetanus əleyhinə anatoksin nə üçün vurulur?
A) İltihabı prosesi aradan qaldırmaq üçün 
B) Aktiv immunitet yaratmaq üçün 


C) Sepsisin qarşısını almaq üçün 
D) Passiv immunitet yaratmaq üçün 
E) Hepatit B-nin qarşısını almaq üçün 
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat 
maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır. 
Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010səh 8 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin