Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Fərdi tibbi mühafizə vasitələrinə nə aid deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə237/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   233   234   235   236   237   238   239   240   ...   252
940) Fərdi tibbi mühafizə vasitələrinə nə aid deyil?
A) Fərdi əczəxana 
B) Fərdi sarğı paketi 
C) Kimyəvi silah əleyhinə paket 
D) Zirzəmilərdə siğınacaqlar 
E) Əlehqaz 
Zirzəmilər kütləvi mühafizə vasitələrinə aiddir. 
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92 
941) Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə aid deyil?
A) Antidotların vurulması 
B) Əlehqazların geyindirilməsi 
C) Natamam sanitar təmizlənmənin aparılması 
D) Xəsarət almışların zədə ocağından çıxarılması 
E) Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili 
Təkmilləşdirilmiş və ixtisaslaşdirilmış tibbi yardım hospital şöbədə və klinikada göstərilir. 
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 122 
942) Bakterioloji ocağın ləğv olunmnası tədbirlərinə nə daxil deyil?
A) Bakterioloji ocağın sərhədləri müəyyən olunur. 
B) Ərazidə bioloji kəşfiyyatın aparılması 
C) Karantin və observasiya təşkil olunur. 
D) Sanator- kurort müalicəsi aparılır. 
E) Ümumi kəşfiyyatların nəticələrinə görə əhali xəbərdar edilir. 
Sanator Kurort müalicəsi xəstələrin reabilitasiyası məqsədilə aparılır. Bakterioloji ocağın ləğv 
olunması məqsədi ilə aparılmır. 
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 126 
943) Hansı zəhərli maddə sinir iflic edici təsirə malikdir?
A) İprit,luizit 
B) Zarin,zoman vi-iks 
C) Fosgen, difosgen 
D) Qıcıqlandırıcı və gözyaşardıcı maddələr 
E) Linil turşusu 
Zarin,zoman vi-iks sinir iflic edici təsirə malikdir. 
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 252 
944) Bunlardan hansı boğucu təsirli zəhərli maddələrdir.
A) Gözyaşardıcı maddələr 


B) Sulfat turşusu 
C) Fosgen,difosgen 
D) İprit, lüizit 
E) Sinil turşusu 
Fosgen,difosgen boğucu təsirli zəhərli maddələrdir. 
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 259 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin