949) Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur? A) Qarayara
B) Vəba
C) Tetanus
D) Quduzluq
E) Botulizm
Ağırlaşmaların qarşısını almaq, tonik və klonik qicolmaların qarşısını almaq üçün vurulur.
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297
950) Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir? A) 10% və daha çox
B) 1-2%
C) 6-7 %
D) 8-9 %
E) 3-5%
Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı olur,buna keçici reaksiya deyilir. 10%-dən artıq
yanarsa bu yanıq xəstəliyi adlanır.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175
951) Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir? A) Hipovolemik
B) Kardiogen
C) Anafilaktik
D) Travmatik
E) Bakterial
Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın itirilməsinə gətirib
çıxarır.Bu da hipovolemik şokla nəticələnir.
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295
952) Yanıqların infuzion müalicəsində hansı növ məhlullardan istifadə edilir? A) Polyarlaşmış
B) Duz tərkibli
C) Dezintoksikasion təsirli
D) Antihistamin təsirli
E) Zülal tərkibli
Yanıqların infuzion müalicəsində ağırlaşmaların və zəhərlənmələrin qarşısını almaq üçün
dezintoksikasion təsirli maddələrdən istifadə edilir.
Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.239-
241 Москва 1988
Bölmə 7 Sinir-Ruhi Xəstəliklər,Yoluxucu xəstəliklər 953) Psixomotor oyanıqlıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatdan istifadə olunur?
A) Ensefabol
B) Analgin
C) Aminazin
D) Pirasetam
E) Koffein
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453