Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə36/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   32   33   34   35   36   37   38   39   ...   252
135) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə 
olunur?
A) Təmizləyici imalədən 
B) Hipertonik imalədən 
C) Dərman imaləsindən 
D) Yağ imaləsindən 
E) Sifon imaləsindən 
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi 
dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi 
üçün istifadə olunur. 


Ədəbiyyat : N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “Çıraq ” 2008. 
136) Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz?
A) Ənsə nahiyəsinə 
B) Ayaqlara 
C) Qulaq seyvanının arxasına 
D) Qaraciyər nahiyəsinə 
E) Əlin ovuc səthinə və ayağın altına 
Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki bu nahiyələrdə 
dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi yerləşən vena və arteriyaların 
üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox nazik olduğundan ,bu arzuolunmaz 
qanaxmalara səbəb ola bilər. 
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “Çıraq ” 2008. 
137) Qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı kateterdən istifadə olunur?
A) Sərt 
B) Şüşə 
C) Yumşaq 
D) Polietilen 
E) Yarım sərt 
Qadınlarda sidik kisəsinin kateterizasiyası kişilərə nisbətən sadədir.
Qadınlarda sidik 
kanalı qısa və 
düz 
olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək çətinlik törətmir. Travmatik fəsadların baş 
verməməsi üçün tibb işçisi yumşaq kateterdən istifadə etməlidir. 
Kateterizasiya müasir tibbi 
praktikada yumşaq rezin kateterlərlə aparılır.Qadın arxası üstə uzanıb,ayaqlarını aralayır,sidiyi 
toplamaq üçün təmiz ləyən qoyulur. 
Ədəbiyyat H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(303) 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin