Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə34/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   30   31   32   33   34   35   36   37   ...   252
128) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə 
bilməz?
A) Əzilmələr zamanı ilk 3 gündə 
B) Böyrək sancılarında 
C) Yüksək qızdırma olduqda 
D) Daxili qanaxmalar olduqda 
E) Kəskin appendisit zamanı 
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma 
baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır. 
Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz 
qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, 
oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir. 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998. 
129) Iri arteriyalarda nəbzin itməsi nə adlanır?
A) Apnoe 
B) Aritmiya 
C) Asistoliya 
D) Koma 
E) Atelektaz 
Iri arteriyalarda nəbzin itməsi ürək əzələsinin yığılmasının, yəni sistolanın dayanması deməkdir. A-
latınca inkar bildirən söz önlüyüdür. Asistoliya – sistolanın dayanması deməkdir (olmaması). 
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250 
130) Klinik ölümə şübhə olduqda reanimasion tədbirlər nə zaman başlanmalıdır?
A) Dərhal, yerindən asılı olmayaraq 
B) Yaxınlıqda yerləşən tibb müəssisəsində 
C) Xəstəxananın qəbul şöbəsində 
D) Təcili yardım maşınında 
E) Reanimasiya şöbəsində 
Klinik ölümün diaqnostikası məlum olduğu andan dərhal reanimasion tədbirlərə başlanılmalıdır. 
Bu, beynin hipoksiyasının və onun hüceyrələrinin məhvinin proqressivləşməsinə mane olur. 
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250 
131) Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?
A) 20 vurğu artır 
B) 10 vurğu artır 
C) 10 vurğu azalır 
D) 20 vurğu azalır 
E) Dəyişmir 
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək 
yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin