Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə41/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   37   38   39   40   41   42   43   44   ...   252
150) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?
A) Gicgah arteriyasında 
B) Sadalanan bütün arteriyalarda 
C) Yuxu arteriyasında 
D) Mil arteriyasında 
E) Bud arteriyasnda 
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil 
arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud 
arteriyalarında da saymaq olar. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008. 
151) Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda sadalananlardan 
hansına icazə verilir?
A) Yalnız çarpayıda hərəkət etmək 
B) Xəstəxananın həyətində gəzmək 


C) Yalnız ayaqyoluna getmək 
D) Xəstəxananın ərazisindən kənarda gəzmək 
E) Şöbədə gəzmək 
Stasionarda müalicə alan xəstəyə xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq həkim 5 rejim təyin 
edir: ciddi yataq, yataq, yarımyataq, ümumi və sərbəst rejim. Ciddi yataq rejimində xəstəyə hətta 
yataqdda belə hərəkətə icazə verilmir; yataq rejimində o ancaq yataqda hərəkət edə bilər, durmağa 
icazə verilmir; yarımyataq rejimində yalnız ayaqyoluna gedə bilər; ümumi rejimdə yalnız şöbədə, 
sərbəst rejimdə isə xəstəxananın həyətində gəzə bilər, lakin xəstəxananın ərazisindən çıxmağa icazə 
verilmir. 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 31. “ Təhsil ” Bakı 1998. 
152) Böyüklərdə mədənin yuyulması üçün təmiz suyun miqdarını göstərin (litrlə).
A) 4 
B) 1 
C) 10 
D) 2 
E) 0,5 
Mədənin yuyulması müalicə və diaqnostik məqsədlə aparılır. Bunun üçün yoğun mədə zondundan 
istifadə olunur. 30-35
0
C temperaturda 10 litr su götürülür. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin