Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


hansı ağırlaşmanın baş verdiyini göstərir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə40/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   36   37   38   39   40   41   42   43   ...   252
hansı ağırlaşmanın baş verdiyini göstərir?
A) Anafilaktik şok 
B) Abses 
C) Sepsis 
D) Tromboflebit 
E) Sinir kötüklərinin zədələnməsi 
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial 


təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə 
ərzində baş verir, əsasən antibiotklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın 
yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır. 
Ədəbiyyat : C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998. 
148) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın 
yeridilməsindən sonra müşahidə olunur?
A) Antibiotiklər 
B) Vitaminlər 
C) Narkotiklər 
D) Vaksinlər 
E) İnsulin 
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və 
inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. 
Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin 
inyeksiyası olunan nahiyə spirtlə deyil su ilə silinməlidir. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998 
149) Müayinə üçün əsnəkdən material götürərkən tibb işçisi aşağıda sadalananlardan hansını 
düz etmir?
A) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür. 
B) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra götürür 
C) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür 
D) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır 
E) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır 
Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürürlər, bu zaman dili şpatellə tutub 
saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürürlər. 
Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma 
götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin