FELDŞER İXTİSASI ÜZRƏ TEST TAPŞIRIQLARI NÜMUNƏLƏRİ
Bölmə 1 – Terapiya
1) Təmizləyici imaləyə əks- göstəriş hansıdır?
A) Qarın boşluğundakı əməliyyatlardan
əvvəl
B) Dərman imaləsindən əvvəl
C) Bağırsaq keçməməzliyi olduqda
D) Doğuşdan əvvəl
E) Qanayan
babasil olduqda
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu
ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu
zaman təmizləyici imalə
əks-göstəriş sayılır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998
2) Mədə qanaxmasında həkimə qədər yardıma nə daxildir?
A) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
B)
Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
C) Mədənin yuyulması, buz qovuğunun tətbiqi
D) Aclıq və qansaxlayıcı preparatların tətbiqi.
E) Aclıq
və buz qovuğunun tətbiqi
Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu uzandırıb
mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir, qansaxlayıcı preparatlar
həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz qovuğunun təsirindən damarlar daralır
və qanaxma yavaşıyır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998
3) 1 Təsir Vahidi ( TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə , 200 qram qlükozanı
qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir?
A) 40 TV
B) 10 TV
C) 60 TV
D) 25 TV
E) 20 TV
200 qr. qlükozanı qlikogenə çevirmək üçün neçə TV insulin lazım olmasını
tənasüb yolu ilə tapa
bilərik.
1TV-5 qr
X TV-200 ml. qr X=200 : 5 = 40 TV
Ədəbiyyat : N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “.Səh.158“ Çıraq “ 20-08.
4) Sidik ifrazının azalması necə adlanır?
A) Oliquriya
B) Poliuriya
C) Anuriya
D) Nikturiya
E) Opsouriya
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec
olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin
çox ifraz edilməsi isə
nikturiya adlanır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998