B) Auto qanın köçürülməsi
C) Konservləşdirilmiş qanın köçürülməsi
D) Util qanın köçürülməsi
E) Cift qanının köçürülməsi
Ən çoxu bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə
köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinəyə ehtiyac yoxdur. Stabilləşdirmək
üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353
664) Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədilə mütləq
işlədilməlidir?
A) Fentanil 0,005%
B) Lidokain 1%
C) Analgin 50%
D) Novakain 0,5%
E) Atropin 0.1%
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,1%- li atropin
məhlulu 0,5-1 ml işlədilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314
Dostları ilə paylaş: