984) Nitroqliserinin təsiri neçə dəqiqədən sonra başlayır?
A) 1-2 dəq.
B) 35-40 dəq
C) 10-15 dəq
D) 15-20 dəq.
E) 20-30 dəq.
Nitroqliserinin təsiri olduqca tez (1-2 dəqiqədən sonra) güclü və qısamüddətli (20-30 dəq) ürəyin
tac damarlarını, beyin qan damarlarını genəldir, saya əzələli orqanları tonusdan salır.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125
985) Nitroqliserinin əlavə təsiri hansıdır?
A) Ürəkbulanma, qusma
B) Koronar arteriyaların genişlənməsi
C) Artan diurez
D) Baş ağrıları, hipotenziya
E) Koronar arteriyaların daralması
Nitroqliserinin əlavə təsirinə baş ağrıları, kəllə daxili və arterial təzyiqin aşağı düşməsi aiddir
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125
986) Miokardın infarktı zamanı trombolitik terapiya üçün istifadə edilən preparat hansıdır?
A) Morfin
B) Analgin
C) Baralgin
D) Streptokinaza
E) Dibazol
Streptokinaza qan laxtasını əridir və trombları parçalayır. Bu xassəsinə görə miokardın infarktı,
tromboflebitdə istifadə edilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 222