240) 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı ağırlaşma
inkişaf edir?
A) Hepatit
B) Qanaxma
C) Abses
D) Tromboflebit
E) Nekroz
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən
dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul
yeridərək,soyuq qoyulur, bunlar kömək etmədikdə nekrotik toxumalar cərrahi yolla kənar edilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
241) İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?
A) Buz qovuğu
B) İnyeksiya yerindən aşağıda turna qoymaq
C) Yerli isidici kompress
D) İnyeksiya yerindən yuxarıda turna qoymaq
E) Aseptik sarğı
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı
sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır.
Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici
kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək cərəyanın tətbiqi olmalıdır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: