FELDŞER İXTİSASI ÜZRƏ TEST TAPŞIRIQLARI NÜMUNƏLƏRİ
Bölmə 1 – Terapiya
1) Təmizləyici imaləyə əks- göstəriş hansıdır?
A) Qarın boşluğundakı əməliyyatlardan
əvvəl
B)
Dərman imaləsindən əvvəl
C) Bağırsaq
keçməməzliyi olduqda
D) Doğuşdan əvvəl
E) Qanayan
babasil olduqda
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir,
qanayan babasil olduqda bu
ucluq
travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu
zaman təmizləyici imalə
əks-göstəriş sayılır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998