Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, dərialtı və digər
yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə hər 2 saatdan bir xəstəni
müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə saxlamaq lazımdır.
Ədəbiyyat: C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998.
25) Aşağıdakılardan hansı obyektiv metoda aid deyil?
A) Anamnez (sorğu)
B) Baxış
C) Auskultasiya
D) Palpasiya
E) Perkussiya
Anamnez (sorğu) subyektiv müayinə metodu sayılır. Sadalanan qalan müayinə metodları isə
obyektiv metodlardır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 150
26) Bayılma zamanı istifadə olunan dərmanlar hansılardır?
A) Strofantin, eufillin
B) Prednizolon, poliqlükin
C) Vikasol, qlükoza
D) Analgin, fentanil
E) Kordiamin, mezaton
Kordiamin mərkəzi sinir sistemini stimulyasiya edir, damar hərəki mərkəzin oyanmasına səbəb
olur, mezaton damar büzücü preparat olub, qan təzyiqinin artmasına səbəb olur. Bayılma kəskin
damar çatmamazlığı olduğundan bu preparatların istifadəsi daha məqsədəuyğundur.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321